reklam
Fədayə Laçın bu gün hakim qarşısına çıxır Fədayə Laçın bu gün hakim qarşısına çıxır http://take.az/uploads/posts/2018-08/1533281994_1.jpg
Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 3-08-2018, 11:39

Fədayə Laçın bu gün hakim qarşısına çıxır

Fədayə Laçın bu gün hakim qarşısına çıxır
Fədayə Laçın bu gün hakim qarşısına çıxır


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfər məhbusun qaçmasında təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçının cinayət işi üzrə məhkəmə iclası başlayacaq.

Loading.Az “qafqazinfo”ya istinadən xəbər verir ki, hazırlıq prosesi hakim Azad Məcidovun sədrliyi ilə keçiriləcək.
Xatırladaq ki, 2017-ci il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən 3 nəfər saxlanılıb. Onlardan biri tanınmış müğənni Fədayə Laçındır. Fədayə Laçınla yanaşı, Məhəmməd Hacıyev və Günay Atakişiyeva barəsində həbs qətimkan tədbiri seçilib. Bundan başqa, hadisə ilə əlaqədar Pentensiar Xidmətin bir neçə əməkdaşı da həbs olunub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
435 386 371 382 478 380

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.