|
BÖLMƏLƏR
XƏBƏRÇİLƏR
SORĞU
Hansı Operatordan istifadə edirsiniz?
SAYĞAC
|
Mubariz IbrahimovMübariz İbrahimovun cəsədinin düşmən əlində olduğu təsdiqləndi Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan giziri, Milli Qəhrəman Mübariz İbrahimovun cəsədinin şəkilləri ermənilər tərəfindən odnoklassniki.ru saytında yayılıb.
Qeyd edək ki, M.İbrahimovun şəhid olmasından 50 gündən çox vaxt keçsə də, ermənilər bildirirdilər ki, gizirin cəsədi onlarda deyil. Ermənilərin M.İbrahimovun cəsədinin şəkillərinin yaymaları bir daha sübut edir ki, cəsəd onlardadır. Milli Qəhrəmanın şəkillərinin ermənilər tərəfindən yayılması haqda musavat.com-a Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin (DEVAMM) rəhbəri Hacı İlqar İbrahimoğlu məlumat verib. Xatırladaq ki, Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2005-ci ildə M.Piriyev adına Əliabad kənd orta məktəbini bitirib. Həmin il hərbi xidmətə cağırılıb.
![]() Daxili Qoşunların N saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə xidmət edib, çavuş rütbəsi alıb. 2007-ci ildə hərbi xidməti başa vurduqdan sonra bir müddət mülki işlərdə çalışıb. 2009-cu ilin avqust ayında öz arzusu ilə hərbiyə qayıdıb. Bu dəfə artıq gizir kimi xidmət keçməyə başlayıb. 2010-cu ilin aprel ayından Tərtər rayonunun N saylı hərbi hissəsində xidmət edib. 2010-cu il iyunun 18-dən 19-na keçən gecə Tərtərin Çaylı kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunu dəf edərkən altı erməni hərbçisini öldürərək şəhid olub. İyulun 22-də prezident İlham Əliyev Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə gizir Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilməsi (ölümündən sonra) barədə sərəncam imzalayıb. KIM ODNOKLASNIKI.RU SAYTINDA VARSA XAHİŞ EDİRƏM ALLAH XETRINE AXTARIŞDA
TEHLER YAN YAZIB ORDA ŞİKAYƏT BÖLMƏSİNDƏN İSTİFADƏ EDİN VE ŞİKAYET EDİN! Oxşar mövzular: Gerİ dön Hörmətli ziyarətçi, Siz qeydiyyatdan keçməmiş istifadəçi kimi sayta daxil olmusunuz. br>
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük. Teqlər: Mubariz Ibrahimov
İnformasiya
|
ONLİNE
İndi saytda:
İstifadəçilər: 14
Axtarış robotları: 3
Qonaqlar: 932 Ümumi: 949 Saytda olan son istifadəçilər: Son 20 istifadəçi: 20
REKLAM
ŞƏRHÇİLƏR
TOP XƏBƏRLƏR
TƏQVİM
Biz Facebook-da
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||