|
BÖLMƏLƏR
XƏBƏRÇİLƏR
SORĞU
Hansı Operatordan istifadə edirsiniz?
SAYĞAC
|
Masa bəzəmək estetikası![]() Yemək bişirmək necə sənət hesab edilirsə, onu bəzəyib süfrəyə gətirmək də başqa bir sənət sayılır. Yeməkləriniz nə qədər gözəl, dadlı olursa-olsun, əgər siz süfrə qaydalarından bixəbərsinizsə, o zaman bu hal həm sizi, eyni zamanda da gələn qonaqlarınızı yoracaq. Yaxşı, təqdirəlayiq bir qonaqlıq vermək fikriniz varsa, gələn dəvətlilərin sağlıq durumlarından tutmuş onların yaşına kimi bütün xırda detalları belə nəzərə almalısınız.
Mütəxəssislərin fikrincə, yeməkləri hazırlayarkən həzmi daha asan və iki eyni çeş iddə ( məs.: 2 tomatlı xörək bir arada) olmayan yeməklər daha yaxşı olar.
![]() 1. Masanın üzərinə qoyulan şamdanlar, çiçəklər kimi aksessuarlar da elə yerləşdirilməlidir ki, masa arxasında oturanlar bir-birilərini daha yaxşı görə bilsinlər. 2. Duz və istiot qabları tort üçün çəngəl-bıçaqların arxasında, lakin masanın mərkəzinə yaxın yerə qoyulmalıdır. 3. Xardal, mayonez və ketçup kimi dadlandırıcılar süfrəyə yeməklə birlikdə gətirilməlidir. 4. Əllə yeyiləcək yemək olacaqsa, yanına mütləq çox az sabunlu və ya yüngül qoxulu əl bezi verilməlidir. 5. Sümük və ya balıq qılçıqlarını qoymaq üçün xüsusi ayrılmış qablar, professionalların rəyinə görə, oturan iki nəfərin arasındakı boşluq hissəyə qoyulmalıdır. 6. Qonaqların rahat olmaları üçün aralarında ən az 60 sm məsafə olmalıdır. 7. Salfet qabları mümkün qədər sadə şəkildə olmalıdır və süfrənin bir kənarına qoyulmalıdır. Onları büküb müəyyən şəklə salmaq düzgün hesab edilmir. 8. Bulaşmış qablar sağdan alınır, yeniləri də sağ tərəfdən masaya təqdim olunur. Yalnız salat və çörək sol tərəfdən servis edilə bilər. 9. Qarnitürlər ayrıca verildiyi üçün onlar da sol tərəfdən qonaqlara təqdim olunmalıdır. 10. Və... qaydaya görə, çox nəfərlik ziyafətlərdə əllə yeyilən və sarımsaqlı yeməklər süfrəyə verilə bilməz. Oxşar mövzular: Gerİ dön Hörmətli ziyarətçi, Siz qeydiyyatdan keçməmiş istifadəçi kimi sayta daxil olmusunuz. br>
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
İnformasiya
|
ONLİNE
İndi saytda:
İstifadəçilər: 15
Axtarış robotları: 2
Qonaqlar: 580 Ümumi: 597 Saytda olan son istifadəçilər: Son 20 istifadəçi: 20 REKLAM
ŞƏRHÇİLƏR
TOP XƏBƏRLƏR
TƏQVİM
Biz Facebook-da
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||