Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Vetenimiz Azerbaycan haqqinda ne bilirik.?

alt
Ərazi
Azərbaycan Respublikasının ərazisi - 86,6 min km² (11,5% meşələr, 1,6% su hövzələri, 50,0% becərilən torpaqlar, o cümlədən 27,0% otlaqlar, 36,9% sair torpaqlar) təşkil edir.

Ölkə 39° 24', 41° 54' şimal en dairələri arasında və 44° 46', 50° 45' şərq uzunluğunda, paytaxt Bakı 40° paralel üzərində yerləşir.

Sərhədlərinin ümumi uzunluğu 3472 kilometrdir. Bunun 825 kilometri su sərhəddidir. Cənubdan İran-la 765 km, Türkiyə ilə 15 km (bəzi məlumatlarda 13 və ya 11 km.), şimaldan Rusiya ilə 391 km, şimali-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir. Sahil xəttinin uzunluğu - 713 km, Bakıdan şimal qütbünə qədər olan məsafə 5550 km, ekvatora qədər olan məsafə isə 4440 km-dir. Azərbaycan Respublikası Cənubi Qafqazın şərq hissəsində, Xəzər dənizinin sahilində yerləşir.

Dəniz səviyyəsindən ən ucqar nöqtə Bazardüzü (4466 m.), ən aşağı nöqtə isə (-28 m.) Neftçala rayonu ərazisindədir. Orta yüksəklik 657 m-dir.

İqlim
Ölkənin relyefi kimi iqlim şəraiti də çox müxtəlifdir. Bu müxtəliflik ilk növbədə Azərbaycan ərazisinin mülayim və subtropik iqlim qurşaqlarının qovuşduğu sahədə yerləşməsi ilə əlaqədardır.

İqlim əmələ gətirən amillərə günəş radiasiyası və atmosfer sirkulyasiyası daxildir. Bunlarla bərabər, coğrafi enlik, relyef xüsusiyyətləri, dəniz və okean cərəyanları və s. amillər də iqlim əmələgəlməsinə böyük təsir göstərir.

Bu amillər birlikdə iqlimin əsas ünsürlərinin - temperatur, rütubət, külək və s.-in paylanmasını müəyyən edir.

Azərbaycan Respublikasının əksər ərazisi subtropik iqlim qurşağında, yalnız Böyük Qafqaz dağlarının şimal-şərqi mülayim iqlim qurşağında yerləşir.

Böyük Qafqaz dağları şimaldan gələn soyuq hava kütlələrinin, Kiçik Qafqaz dağları isə cənubdan gələn isti quru tropik hava axınlarının qarşısını kəsir, onların təsirini zəiflədir. Xəzər dənizi respublikamızın iqliminin mülayimləşməsinə təsir göstərir


Vetenimiz Azerbaycan haqqinda ne bilirik.?

Əhali

2004-cü ilin əvvəlində Azərbaycan Respublikasının əhalisi 8 milyon 265 min nəfər, o cümlədən 4 milyon 254 min nəfər və ya 51,5 %ni şəhər və 4 milyon 11 min nəfər və ya 48,5 %ni kənd sakinləri təşkil etmişdir. Ölkə əhalisinin ümumi sayından 4 milyon 58 min nəfəri, yaxud 49 % kişi, 4 milyon 207 min nəfəri və ya 51 % qadınlardır.

Əhalinin yaş strukturu aşağıdakı kimi səciyyələnir: əhalinin ümumi sayından 26 % 0-14 yaşda, 67 % 15-64 yaşda, 7 % isə 65 və yuxarı yaşda olanlardır. Əhalinin 29 % 18-34 yaşda olan gənclərdir, onların yarıdan bir qədər çoxu şəhərlərdə yaşayır.

Əhalinin orta yaşı 31 yaş təşkil edir.

13 - 22 aprel 2009-cu ildə aparılmış siyahıya almaya əsasən Azərbaycan Respublikasının 8,896 milyon nəfər əhalisi var .[2][3]

2010-cu il yanvarın 15-i saat 5.10 dəqiqədə Azərbaycanın 9 milyonuncu sakini dünyaya gəlib

Vetenimiz Azerbaycan haqqinda ne bilirik.?


Etnik tərkibi
Əhalinin son siyahıya alınmasının (27.01.1999) nəticələrinə görə ölkə əhalisinin 90,6% Azərbaycanlılar, 2,2% ləzgilər, 1,8% ruslar, 1,5% ermənilər, 1,0% talışlar, 0,6% avarlar, 0,5% Axısqa türkləri, 0,4% tatarlar, 0,4% ukraynalılar, 0,2% saxurlar, 0,2% gürcülər (ingiloylar daxil olmaqla), 0,2% kürdlər, 0,13% tatlar, 0,1% yəhudilər, 0,05% udinlər, 0,12% isə digər xalqlardır.[6]

1999
Azərbaycanlılar 8 205 464 
Ləzgilər 178 021
Ruslar 141 687
Ermənilər 120 745
Talışlar 76 841
Avarlar 50 871
Axısqa türkləri 43 454
Tatarlar 30 011
Ukraynalılar 29 984
Saxurlar 15 877
İngiloylar və Gürcülər 14 877
Kürdlər 13 075
Tatlar 10 922
Yəhudilər 8 916
Udinlər 4 152
Digərləri 9 541
Cəmi əhali 8 953 438 


Vetenimiz Azerbaycan haqqinda ne bilirik.?



Dövlət Rəmzləri
Azərbaycan Respublikasının dövlət rəmzləri: Azərbaycan Respublikasının Dövlət Bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət Himnidir.

Azərbaycan Respublikasının Dövlət Bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

Azərbaycan Respublikası Dövlət Bayrağının və Azərbaycan Respublikasının Dövlət gerbi təsviri, Azərbaycan Respublikası Dövlət Himninin musiqisi və mətni ölkə Konstitusiyası ilə müəyyən edilir.

Paytaxt
Bakı Abşeron yarımadasının cənubunda, Xəzər dənizinin sahilində yerləşir, onun ərazisi 2200 kv km, əhalisinin sayı 3 milyona yaxındır. Bundan başqa hazırda Bakı şəhərində erməni qəsbkarlarının işğal etdiyi rayonlardan və Ermənistan Respublikasından qovulmuş 500 minə yaxın qaçqın və məcburi köçkünlər yaşayır.

Bakı özündə 11 inzibati rayonu, 5 şəhər tipli qəsəbəni birləşdirir


Vetenimiz Azerbaycan haqqinda ne bilirik.?



Dil
Azərbaycan Respublikası əhalisinin gündəlik ünsiyyət vasitəsi və rəsmi dövlət dili Azərbaycan dilidir.

Azərbaycan dili İran İslam Respublikasında Cənubi Azərbaycanda yaşayan 35 milyonluq Azərbaycanlının da ana dilidir. Rusiya-da, Amerika Birləşmiş Ştatları-nda, Türkiyə-də və Qərbi Avropa ölkələrində bir neçə milyon azərbaycanlı yaşayır. Bir neçə yüzilliklər ərzində müxtəlif ölkələrin sakinləri olmalarına baxmayaraq, bu gün də hansı ölkədə yaşamalarından asılı olmayaraq, Azərbaycanlılar bir-birlərini sərbəst anlayırlar. Beləliklə, yer üzündə hazırda Azərbaycan dilində danışan 50 milyondan çox adam yaşayır.

Azərbaycan dilinin fonem tərkibində 15 sait və 25 samit vardır. Bu 40 fonem Azərbaycan əlifbasında 32 hərflə işarə edilir.

Hazırda Azərbaycanda latın qrafikası əsasında yaradılmış Azərbaycan əlifbasından istifadə edilir.

Din
Azərbaycanın dinləri ölkənin indiki ərazisində yaşayan xalqlar və etnik qruplar arasında yayılmış dini cərəyanların məcmusundan ibarətdir. Azərbaycan Respublikasında müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Ən geniş yayılmışı İslamdır. Digər dinlər bunlardır: Yəhudilik, Xristianlıq, Alban-udi kilsəsi.

"Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu (1992) hər bir şəxsin dinə münasibətini müəyyənləşdirmək və ifadə etmək hüququna və həmin hüququ həyata keçirməyə təminat yaradır.

Azərbaycanda yaşayan xalqların tarixən İslam dininə mənsub olması məlumdur. Hətta Nizami, Füzuli kimi dünyaca məşhur şəxsiyyətlərin, o cümlədən, adlarının sətirlərlə yer tutacağı bir sıra elm, mədəniyyət, dövlət xadimlərinin məhz müsəlman olması danılmaz faktdır.

Ancaq əsrlərlə başqa dinlərin nümayəndələrinə də xoş münasibət göstərən və onların dinlərinə xidmət etməklərinə mane olmayan azəri türkləri bunun qarşılığında İslamiyyət əleyhinə aparılan siyasətlərin qurbanı olub. Dinimizin əsasında yeri olmayan şiə-sünni qarşıdurmasının ən çox dəstəkləndiyi və artıq "tez-tez qanayan yara" halına gətirildiyi coğrafiyalardan ən başlıcalarından biri də ölkəmizdir. Bu isə mənfur qonşularımızın və İslamiyyət düşmənlərinin xeyrinədir.

Hal-hazırda Azərbaycanda İslam dini üstün mövqe tutur. Məzhəblərə gəldikdə isə azərbacanlıların çoxu (67%) 12 imam şiələridir. Bu əsasən Səfəvilər (16-18-ci əsrlər) dövlətinin Azərbaycan ərazisində bu məzhəbi təbliğ etməsi ilə bağlıdır.

Bir faktı da qeyd etmək lazımdır ki, "qılınc müsəlmanı" termini azərbaycan xalqına, ələlxüsus da əhalinin əksəriyyətini təşkil edən azəri türklərinə şamil edilə bilməz. Belə ki, Xəzər türklərinin Tək Tanrılıq prinsiplərinə uyğun olan dinə (Atəşpərəstlik deyil) sitayiş etməsi məlumdur. Xəzərlər bir müddət müsəlman-ərəb qoşunlarına qarşı döyüşdükdən sonra elçilər göndərmiş və İslamiyyətin əsl mahiyyətini anladıqdan sonra qəbul etmişdirlər. Hətta bu təslimiyyət günlərimizə qədər davam edən və, Rəbbimizin iznilə, Axirətə qədər davam edəcək sadiqliyə çevrilmişdir.

Vetenimiz Azerbaycan haqqinda ne bilirik.?

Dövlət bayramları və xüsusi günlər
Rəsmi
1 yanvar - Yeni İl Bayramı
8 mart - Beynəlxalq Qadınlar Günü
20 mart-21 mart - Novruz bayramı
28 may - Respublika Günü
15 iyun - Azərbaycan Milli Qurtuluş günü
26 iyun - Azərbaycan Silahlı Quvvələri Günü
18 oktyabr - Azərbaycan Respulikasının Dövlət Mustəqilliyi Günü
9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü
12 noyabr - Konstitusiya Günü
17 noyabr - Milli Dirçəliş Günü
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü
Dini
Qurban Bayramı (2 gün)
Ramazan Bayramı (2 gün)
Xüsusi günlər
20 yanvar - Ümumxalq hüzn günü ( Sovet Ordusunun Azərbaycan xalqına qarşı törətdiyi qırğın,20 yanvar 1990-cı il )
26 fevral - Xocalı soyqırımı günü
31 mart - Azərbaycanlıların soyqırımı günü.


Abşeron, Ağcabədi, Ağdərə, Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Astara, Bakı (paytaxt),Balakən, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Daşkəsən, Dəliməmmədli, Füzuli, Gədəbəy, Gəncə, Goranboy, Göyçay, Göygöl, Göytəpə, Hacıqabul, Horadiz, Xaçmaz, Xankəndi, Xızı, Xocalı, Xocavənd, Xudat,İmişli, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Qax, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Laçın, Lənkəran, Lerik, Liman,Masallı, Mingəçevir, Naftalan,Neftçala, Oğuz, Saatlı, Sabirabad, Salyan, Samux, Şabran, Şamaxı, Şəki, Şəmkir, Şirvan, Siyəzən, Sumqayıt, Şuşa, Tərtər, Tovuz, Ucar, Yardımlı, Yevlax, Zaqatala, Zəngilan, Zərdab.

Naxçıvan Muxtar Respublikası
Babək, Culfa, Kəngərli(Qıvraq), Naxçıvan, Ordubad, Sədərək(Heydərabad), Şahbuz, Şərur
Hazırda işğal altinda olan əraziləri:
Dağlıq Qarabağ, Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan...


Men hemise fexr etmisem ki Men Azerbaycanliyam...



Oxşar mövzular:
  • Bu gün Prezidentimiz İlham Əliyevin ad günüdü ...
  • 9 Noyabr Azərbaycanda Dövlət Bayrağı günüdür
  • Məmləkətim Laçın haqqında
  • 18 oktyabr Müstəqilliyimizin 19-ci il dönümüdü ...
  • Xankəndidən son görüntülər


  • Gerİ dön


    20 şərh

    • Suada
    • 13 avqust 2010 05:12
    •  

    • THX

    • --------------------------------------------
      :)məyi unutma.. daima :)ümsə.. :)üşünlə aydınlat dünyanı.. həyata :)ərək bax.. bunu o şirin :)ümsəmənlə oxu...
    • Suada
    • Xəbərlər: 3
    • Şərhlər: 910
    • İCQ:


    • sagol...

    • --------------------------------------------
      Məm Sözə Qulağ Asan oğLanam Asıram Asıram axırda öz bildiymi edirəm ! :)
    • No Name :)
    • Xəbərlər: 148
    • Şərhlər: 8498
    • İCQ:


    • sagol..

    • --------------------------------------------
      Məm Sözə Qulağ Asan oğLanam Asıram Asıram axırda öz bildiymi edirəm ! :)
    • No Name :)
    • Xəbərlər: 148
    • Şərhlər: 8498
    • İCQ:


    • sagol...

    • --------------------------------------------
      Məm Sözə Qulağ Asan oğLanam Asıram Asıram axırda öz bildiymi edirəm ! :)
    • No Name :)
    • Xəbərlər: 148
    • Şərhlər: 8498
    • İCQ:


    • Melumat olduqca maraqlidir,amma bir emmasi var. Ki bu da erazi baximindandir. Erazimiz daha deqiq gosterilmeli-yeni bir balaca derinliye gedilmeli idi. 1828-ci il Turkmenchay muqavilesi imzalanan ana qeder Azerbaycanin erazisi 280.000 kvadrad km idi. Hemin muqavile ile de Azerbycan Cenub ve Shimal olaraq 2 hisseye parchalanir,yeni 2 azerbaycanlilarin ureyine ilk sarsilmaz bichagi vururlar.1860-ci ilde 7.000 kvadrat km.lik Derbend erazisi Char Rusiyasinin terkibine daxil edilir,1918-ci ilde Rusiyanin tekidi ile 9.000 kvadrat km.lik Irevan erazisi Ermenistana paytaxt kimi verilir. Sovet Rusiyasinin terkibine daxil edilerken erazisinin olchusu 114.000 kvadrat km idi. 1920-ci ilde Zengezur Ermenistanin terkibine zorla daxil edilir. Hemchinin Dereleyez,Dilucu,Borchali,indiki Ermenistan-Qerbi Azerbaycanin da daxil oldugu 27400 kvadrat km.lik erazi de Azermbaycanin erazisinden zorla ayrilir. 1991-ci il 18 oktyab musteillik haqqinda konstitusiya akti qebul olunaraq Azerbaycan oz musteqilliyini beyan etmish oldu. Sovet terkibinde musteqil halda ise erazsini olchusu 86.6.000 kvadrat km teshkil etmeye bashladi...Uzun muddet idi ki,Bakida deyildim. Tekrar Sizleri gormek ve Sizlerle beraber olmaqdan bir daha memnunuq hissi kechirirrem. Her sheye gore teshekkurler...


    • Zaur
    • Xəbərlər: 0
    • Şərhlər: 1260
    • İCQ:


    • twkkurler maraqli idi

    • --------------------------------------------
      hech bir savab mutlu etmedi meni---seninle girdiyim gunahlar qeder !!!

    • L_E_Q_E_N_D_A
    • Xəbərlər: 8
    • Şərhlər: 438
    • İCQ:


    • bunlari bilirem cox sag ol

    • --------------------------------------------
      * Dünyada anam qədər ikinci gözəl qadın olsaydı, ona da sitaiş edərdim! Qadınlara olan sevgim Anamdan başlayır!
      * Arxanca danışırlarsa deməli sən qabaqdasan!
      * Heç vaxt üzümü Allaha tutub demirəm mənim böyük problemim var, üzümü problemimə tutub deyirəm mənim Böyük Allahım var!
      * Mənim üçün kimin mən haqda nə düşündüyü önəmli deyil, kimin mən haqda nə bildiyi önəmlidir.

    • Turush Meymush
    • Xəbərlər: 10
    • Şərhlər: 1336
    • İCQ:

    • NalaN
    • 26 iyul 2010 09:15
    •  

    • hmm maraqli xeberdi men bunlari bilmirdim))
      ama indi bildimki bizim millet 2-ci teri tutur gorursende NEZ))


    • ...
    • Xəbərlər: 8
    • Şərhlər: 2405
    • İCQ:

    • iNEZ
    • 25 iyul 2010 22:43
    •  

    • cooooox gozel qeyd etmisiniz kopyaladim bezi reqemler yadda qalmir ona gore
      amma bezi sheyler qalib

      AZER sozunun menasi ne demekdir
      AZERBAYCAN sozu bize hardan gelib

      1920-ci ild rus ordusu Kirov komandirliyinde Bakini isgal etmeden evvel Azeri adinda bir millet yox idi. "Azeri" sozu "Atese tapinan" menasini vermekle birlikde, pehleviler dovrunde konstitusiyada "fars menseli mogol qacqinlari" seklinde istirak etmishdir
      bunu koku gedib cixir farslarin ruslarla ne bilib eee cox shey vaar yazmayim ....

      cox shey yazmaq istemirem eee gedib siyasete cixacaq

    • --------------------------------------------
      Biz goturmuruk bizden gotururler
      bir otururuk bizden otururler
    • iNEZ
    • Xəbərlər: 21
    • Şərhlər: 1279
    • İCQ:


    • cooox maraqli idi tewekkurler super_sq1

    • --------------------------------------------

    • Shebnem
    • Xəbərlər: 57
    • Şərhlər: 1749
    • İCQ:

    • BuSi
    • 25 iyul 2010 19:13
    •  

    • oxuyacam xamsini indiden tewekkur edirem cunki coxsunu bilmirem ama orcenmek isdeyirem cox saq ol avtor


    • MaLenKaya BuSinka
    • Xəbərlər: 41
    • Şərhlər: 981
    • İCQ:

    • justin
    • 25 iyul 2010 18:15
    •  

    • bezilerini bilmirdim....... 1super_sr

    • --------------------------------------------

    • Ulvi
    • Xəbərlər: 49
    • Şərhlər: 255
    • İCQ:

    • Vusale
    • 25 iyul 2010 14:28
    •  

    • OXUDUM YADDAN CIXANLARI DA YADA SALDIM TWK


    • Vusale
    • Xəbərlər: 1
    • Şərhlər: 410
    • İCQ:

    • Master
    • 25 iyul 2010 12:31
    •  

    • Sitat: M.Sahib
      birdeki 32 kendi var (yaddan cixarmaq lazim deyil)

      32 den cox kendi var qeydiyyata 32-si daxildi
      Badu-kube-qartalin basi,Azerbaycanin goz qasi
      twk xebere gore

    • --------------------------------------------

      "Qaça bilmədiyin Təcavüzdən Həzz al"

    • Aga
    • Xəbərlər: 5
    • Şərhlər: 1597
    • İCQ:

    • DJ_442
    • 25 iyul 2010 11:32
    •  

    • cox sagolun melumatlara gore.bunlari bilmek her kesin borcudu

    • --------------------------------------------

    • Xəbərlər: 36
    • Şərhlər: 1589
    • İCQ:

    • Asef
    • 25 iyul 2010 11:04
    •  

    • Azerbaycanda yashamayan Bir Azerbaycanli kimi bunlari bilmeyin senin bash ucaligindir teshekkurler muellif

    • --------------------------------------------
      Saytda olan problem ve suallar ucun mene whatsappda muraciet ede bilersniz saytdaki nikinizi yazmag bes eder. +994 55 210 62 59
    • Asef Qarayev
    • Xəbərlər: 1758
    • Şərhlər: 1876
    • İCQ:




    • Coox saqolun bu movzuya gore....
      Elbetdeki bu movzu hamimizi maraqlandirirr...
      Bilirem demek lazim deyil.... daha cox bilmek lazimdir.... menimcun coqrafiya ve en esasi Azerbaycan haqqinda bilmek daha maraqlidir... mekteb vaxti oxuduqlarimizla qalmamaliyiq... daha cox oyrenmeliyik...
      CUNKI BIZ AZERBAYCANLIYIQ...VE BUNUNLA FEXR ETMELIYIK...
      KASKI MUQENNILERIMIZDE BUNLARI OXUSAYDI.... 000002




    • --------------------------------------------

      *** -----***
      ************
      ************
      **********
      *******


      *** -----***
      ************
      ************
      **********
      *******


      .....(¯`v´¯)
      ..... •.¸.•´
      ...¸.•´
      .. (



    • Moonlight
    • Xəbərlər: 1
    • Şərhlər: 663
    • İCQ:


    • Men fexr ediremki men varam:)


      Tesekkur P...... gozel temaya uz tutmusan

    • --------------------------------------------

    • Mirsadiq
    • Xəbərlər: 231
    • Şərhlər: 1838
    • İCQ:




    • KESHA

      Elbetdeki bunlari bilmek hem maraqlidir hemde vacibdir. Biz oz menevi deyerlerimize sahib cixmaliyiq. Ozumuz haqqinda herseyi bilmeliyik. Men demirem men herseyi bilirem. Bilirrem ve bilmediyimi oyrenirem... Azerbaycanda yasayan coxlari var hec oz dilimizi bilmir amma sorusan butun dunya sou elhinden sene danisacaq. Sorus rihannain nece yasi var deyecek, beyonce ne qeder pul qazanir deyecek. Pitbull hansi qizlarla klip cekdirdi bilecek. 50 centin en ugurlu albomu hansidir bilecek....

      Soruski, bayragimizdaki rengler neyin remzidir? Susacaq.
      Soruski, himnimizin muellifleri kimdi, Susacaq.
      Soruski, ne vaxt musteqillik elde etdik. Susacaq.

      Bu sozlerim hamiya samil deyil. Baga das atarsan sahibi tutar meseli var.

    • --------------------------------------------

    • LONDONER ME
    • Xəbərlər: 34
    • Şərhlər: 540
    • İCQ:

    • KESHA
    • 25 iyul 2010 01:15
    •  

    • Bunlari bilmek Maraqlidi Tesekkur

    • --------------------------------------------

    • KeSH
    • Xəbərlər: 10
    • Şərhlər: 328
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    Seray kaya
           Нет
    Şərhləri: 395
     
    Onu cox sevirem
           Нет
    Şərhləri: 386
     
    google
           Нет
    Şərhləri: 314
     
    Broken heart
           Нет
    Şərhləri: 300
     
    MiSS yOu :)
           Нет
    Şərhləri: 223
     
    senyoritta
           Нет
    Şərhləri: 218
     
    Aytencik2001
           5
    Şərhləri: 202
     
    ayaz ve oyku
           Нет
    Şərhləri: 199
     
    Best friends
           Нет
    Şərhləri: 195
     
    Aida_Huseynova
           Нет
    Şərhləri: 189
     
    «     Noyabr 2014    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    dəb

    dəb

    24-09-2014, 20:50

    My STYLE

    My STYLE

    7-09-2014, 19:33

    INşALLAH BəYəNəRSiZ..

    INşALLAH BəYəNəRSiZ..

    3-09-2014, 21:50

    AdInI SiZ QoYuN *9*

    AdInI SiZ QoYuN *9*

    5-10-2014, 21:50

    Kiraz Mevsimi

    Kiraz Mevsimi

    30-08-2014, 20:50

    Style I Style II Style III