reklam
Birinə aşiq olduğunu necə anlaya bilərsən? Birinə aşiq olduğunu necə anlaya bilərsən? https://take.az/uploads/posts/2021-08/1628223468_loading.az_elde-love-yazisi.jpg
n2006

n2006 özünü 🤔 fikirli hiss edir. Məsləhətlər 7-08-2021, 16:19

Birinə aşiq olduğunu necə anlaya bilərsən?

Birinə aşiq olduğunu necə anlaya bilərsən?
Kiməsə aşiq olduğunu necə anlaya bilərsən? Adi bir xoşagəlmədir, yoxsa sevgi? Bu, çox adamın yaşadığı duyğulardır. Bəs nələrə diqqət etməliyik? Sevdiyini anlamağın yolu varmı? Əlbəttə, var. Bədənimiz psixoloji və fizioli baxımından aşiq olduğumuzun siqnallarıni verir. Necə? Gəlin birlikdə öyrənək.

Hərarətiniz artırsa...

Aşiq olduqda xəstəlikləri daha yüngül keçiririk. Bunun tibbi tərəfi tam olaraq məlum deyil. Ağrılara, acılara qarşı dayanıqlığınız artıbsa, deməli, aşiq olmusunuz.

Birinə aşiq olduğunu necə anlaya bilərsən?

Enerjiniz həmişə yüksəkdirsə...

Aşiqlər həmişə xoşbəxtdir. Başına nə gəlir gəlsin, ümidsizliyə qapılmaz. Onu sevgidən başqa nəsə üzməz. Onunla xoşbəxtsinizsə, digər şeylərin çox da önəmi yoxdur.



Gələcəklə bağlı planlar qurursunuzsa...

Aşiqsinizsə, sevgilinizlə birlikdə gələcəklə bağlı planlar qurursunuz. Uzunmüddətli planlar qurmağı çoxları bacarmır. Buna görə bu cür durum aşiq olmağınızdan xəbər verir.



Ailənizlə tanış etmək istəyirsinizsə...

Bu durum hər münasibətin əvvəlində yaşanmır. Əlaqələr genişləndikcə ailələr müdaxilə edir. Ancaq aşiqkən bu proses qısalır. Sevgi dolu ailə həyatı sizi gözləyir.



Keçmişinizi unutdurursa...

Keçən zaman şübhəsiz, unudulur. Lakin bəzi yaralar zamanla da sağalmır. Qaysaqlayan yaralarınızı geriyə dönüb açdığınız zaman heç nə ifadə etmirsə, bu, həmin sıxıntıları unutduracaq birini tapdığınız anlamına gəlir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
231 277 256 236 301 272

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.