reklam
“Facebook”, “Instagram” və “Twitter” populyarlığını itirir “Facebook”, “Instagram” və “Twitter” populyarlığını itirir http://take.az/uploads/posts/2016-08/1471417930_966d38b04b306ea64744c8f943749478.jpg
♥Мой Мир♥

♥Мой Мир♥ Texnologiya 17-08-2016, 13:00

“Facebook”, “Instagram” və “Twitter” populyarlığını itirir

“Facebook”, “Instagram” və “Twitter” populyarlığını itirir
“Facebook”, “Instagram” və “Twitter” populyarlığını itirir

“SimilarWeb” tədqiqat mərkəzinin əməkdaşları internet istifadəçiləri arasında sosial şəbəkələrin populyarlığı ilə bağlı araşdırma aparıb.

Məlum olub ki, son zamanlar “Facebook”, “Instagram” və “Twitter” kimi sosial şəbəkələrin populyarlıqları azalıb, onların əvəzinə isə messencerlər gəlib.

Araşdırmalar zamanı sosioloqlar Braziliya, Hindistan, Cənubi Afrika Respublikası, ABŞ və Avropadan olan 100 min nəfər internet istifadəçisi arasında sorğu aparıblar. Bütün bu ölkələr və qitələrdə “Twitter”in istifadəçiləri arasında 23,4 faiz, “Facebook” sosial şəbəkəsinin 8 faizdən çox, “Instagram”ın populyarlığında isə 23,7 faiz azalması müşahidə olunur.

Bundan başqa, araşdırma zamanı müəyyən olub ki, hər bir “Facebook” istifadəçisi gündəlik olaraq saytda 34 dəqiqə, “Instagram” istifadəçisi bundan iki dəfə az - 17 dəqiqə keçirir. Həmçinin məlum olub ki, İspaniyada istifadəçilər daha çox - gündəlik olaraq 23 dəqiqə “Instagram”da otururlar. Braziliyada isə bu rəqəm 12,5 dəqiqə təşkil edir.

“SimilarWeb” tədqiqat mərkəzində hesab edirlər ki, sosial şəbəkələrin əvəzinə daha populyar “WhatsApp”, “Facebook Messenger”, “Line”, “Viber” və “WeChat” kimi messencerlər gəlib. Hazırda onların ümumi auditoriyası 3 milyard akkaunt təşkil edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
307 277 253 315 312 309

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.