reklam
Orqanizmi təmizləyən və arıqladan UCUZ VASİTƏ Orqanizmi təmizləyən və arıqladan UCUZ VASİTƏ https://take.az/uploads/posts/2020-08/thumbs/1596455936_loading.az_1588312408_amir_xan-_yardm1.jpg
Xaliq

Xaliq Sağlamlıq 5-08-2020, 15:57

Orqanizmi təmizləyən və arıqladan UCUZ VASİTƏ

Orqanizmi təmizləyən və arıqladan UCUZ VASİTƏ
Aktivləşdirilmiş kömür tibdə çoxdan istifadə olunur və çox effektli və ziyansız vasitə kimi tanınır.
Kömür bağırsaqlarda olan ziyanlı maddələri özünə hopdurur və çölə çıxardır.


Kömür zəhərlənmə zamanı ən tanınmış ilk tibbi yardım vasitəsidir.
Həmçinin kömür profilaktik vasitə kimi də istifadə oluna bilər. Kömür orqanizmdən toksinlər, şlaklar, radionukleidlər, ağır metalların duzları və s. ziyanlı maddələri çıxardır, arıqlamağa kömək edir, dərinin vəziyyətini yaxşılaşdırır.
Profilaktik məqsədlə kömür gündə 1 dəfə səhər yeməkdən əvvəl qəbul olunur. 10 kq bədən çəkisi üçün 1 həb götürülür. Məsələn, çəkiniz 62 kq olduqda - 6 həb, 67 kq olduqda - 7 həb tibbi kömür götürülür. Həbləri yaxşı əzin, az miqdarda balla qarışdırın və qəbul edin. Sonra 1-2 stəkan ilıq su için.
Bunu 3-4 gün ərzində etmək lazımdır. Bu proseduru 2 aydan sonra təkrar edə bilərsiniz.
Sizdə xroniki mədə-bağırsaq sistemi xəstəlikləri varsa, qəbizliyə meyllisinizsə, bu metoddan istifadə etməyin.
Kömürü tez-tez və uzun müddət ərzində qəbul etmək olmaz. Ziyanlı maddələrlə birlikdə kömür orqanizmdən faydalı maddələri də xaric edir ki, bu vitamin və mineral çatışmazlığı ilə nəticələnə bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
286 303 317 284 293 259

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.