reklam
YUXUSUZLUQ NƏ SƏBƏBƏ YARANIR? YUXUSUZLUQ NƏ SƏBƏBƏ YARANIR? https://take.az/uploads/posts/2021-01/thumbs/1611604079_loading.az_image.jpeg
ÊLfidÂ

ÊLfid Maraqlı 26-01-2021, 09:00

YUXUSUZLUQ NƏ SƏBƏBƏ YARANIR?

YUXUSUZLUQ NƏ SƏBƏBƏ YARANIR?

3 NÖV YUXUSUZLUQ VAR


Birincisi, müvəqqəti yuxusuzluqdur. Bu, otel otağı, dostunuzun evi kimi tanış olmayan mühitlərdən və ya imtahan, iş görüşməsi kimi gərginlik yaradan vəziyyətlərdən qaynaqlanır. 

İkincisi, stresli bir hadisədən (yaxınının ölümü, faviəvi bir şey yaşanması və s.) sonra ortaya çıxan və səbəbin itməsi ilə 1-4 həftə ərzində həll olunan qısa müddətli yuxusuzluqdur. Bu insanlarda yuxusuzluq uzun müddətə çevrilə bilər.

Üçüncü növ isə, uzun müddətli yuxusuzluqdur. Aylarla davam edir, bu insanlar mütəxəssis bir həkim tərəfindən yoxlanılmalı və müalicə edilməlidir. Ciddi problemi olan insanlarda- Psixoloji-psixiatrik narahatlıqlar, Alzheimer və Parkinson xəstəliyi kimi degenerativ beyin xəstəliklər və s. yuxusuzluğa səbəb olur.

CIDDI PROBLEMI OLMADIĞI HALDA YATA BILMƏYƏNLƏR ÜÇÜN TÖVSIYƏLƏR

•Mədəni boşaltmaq, gecə rahat nəfəs almaq və ürəkdəki təzyiqi azaltmaq üçün axşam yeməyi ilə yuxu arasında azı 3 saat olmalıdır.

•Həmişə eyni vaxtda yatmağa diqqət edin.

•Gün ərzində fiziki fəaliyyətinizi artırın.

•Yataq otağı, qonaq otağı kimi istifadə edilməməlidir, məsələn, oxumaq, televizora baxmaq, yataqda yemək kimi vərdişlərdən imtina etməlisiz. Beyniniz yataq otağının yalnız yatmaq üçün olduğunu başa düşməlidir.

•Mühitiniz sərin və qaranlıq, yaxşı havalandırılmalı və havası nəmli olmalıdır.

•Yuxunuz qaçıbsa, kitab oxumaq və ya musiqi dinləmək kimi rahatlatıcı bir fəaliyyətdən sonra yatağa qayıtmalı və yatmağa çalışmalısız. Yataqda fırlanmamağa çalışın. Yataqda saatlarla gözləmək narahatlığı artıracağından yuxuya getmək mümkün olmaya bilər.

•Gecə yata bilmədiyiniz zaman, gündüz yatmamalı, yuxu rejimini qurmaq üçün gecəyə kimi oyaq qalmalı və səhər yuxulu da olsanız, tez durmalısız.

YUXU HAQQINDA ƏLAVƏ MƏLUMATLAR

-Həyatımızın üçdə birini yuxuda keçiririk. Yuxusuzluğun aclıqdan belə ölümcül olduğunu söyləyən elm insanları var.

-Yatarkən yorğun sinir sistemimiz düzəldilir, gün ərzində əldə etdiyimiz məlumatlar çıxarılır və saxlanılır, böyümə hormonu ifraz olunur. Kaliforniya Stanford Universiteti, keyfiyyətli yuxunun hormonları tarazlaşdırdığını və bunun xərçəng kimi bir çox xəstəlik riskini ortadan qaldırdığını söyləyir.

-Guinness Rekordlar Kitabı, ölümcül ola biləcəyi səbəbi ilə bir neçə il əvvəl yuxusuzluğa dözmək rekordlarını dayandırdı. Uzun müddət yuxusuz qalanlarda halüsinasiyalar, paranoya, görmə zəifliyi, danışma çətinliyi, yaddaş itkisi və konsentrə çətinliyi yaranır.

-Ailələrində yuxusuzluq problemi olan insanlar genetik olaraq yuxusuzluğa meyilli ola bilərlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
178 175 203 186 195 194

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.