reklam
Mənə bir nağıl danış Mənə bir nağıl danış https://take.az/uploads/posts/2021-03/1616137286_loading.az_35bae2cf443c7b4f435c884e75e527f8.jpg
Gulusum

Gulusum Şeirlər 19-03-2021, 11:01

Mənə bir nağıl danış

Mənə bir nağıl danış
Mənə bir nağıl danış.
Amma ki şirin olsun.
Bu nağılda sənin də
Ömrümdə yerin olsun.
Mənə bir nağıl danış

Mənə bir nağıl danış.
Bu nağılda əl-ələ,
Tutaq gəzək dünyanı
İkimiz gülə-gülə.


Mənə bir nağıl danış.
Söylə nə var,nə yoxdu.
Bildiyim nağılların
Qulaq asanı çoxdu.

Mənə bir nağıl danış.
Təkcə özüm dinləyim.
Bu nağılın içində
Nə dərd,nə qəm görməyim.
Tutum qızıl balığı
Dəryada istəyirəm.
Bu nağılın sonunda


Alma da istəyirəm.
Elə biri bəs edər
Bölək, yeyək ikimiz.
Əcəb şirin almadı,
Əcəb şirin nağıldı,
Sonra deyək ikimiz.

Mənə bir nağıl danış,
Bir az məzəli olsun.
Bu nağılda sevgilim
Dünya gözəli olsun.
İstəsən gir təndirə,
Göyçək Fatma kimi sən.


Mənə bir nağıl danış
Danış məndən,özündən.
Uşağ vaxtı nağılı
Yaman sevərdim hələ.
Nənəm:-Nağıl aparsın,
səni

-Deyərdi elə.
Hey atılıb düşərdim
Mən sevinə-sevinə,
Qoşulub gedəcəyəm
Nağılların birinə.
İndi ötüb yaşım da
Gözləyirəm axırı,
Söyləyən olacaqmı
İstədiyim nağılı?


Nağıllara düşmədim
Təkcə bunu bilirəm.
Mən özüm yavaş-yavaş
Nağıla çevrilirəm.
Bir vaxt:- Biri var idi
-Deyən olsa bəsimdi.
Şirin nağıla dönmək
Mənim öz həvəsimdi.

Mənə bir nağıl danış.
Doğru,ya yalan olsun.
Səndən mənə dünyada
Barı o qalan olsun.
Mənə bir nağıl danış.
Onsuz da bir-birinə
Hamı nağıl söyləyir.
Kimi nağıl danışır,
Kimi durub dinləyir.


Mənə bir nağıl danış.
Gözləyirəm gülüm, mən.
Bu nağılın sonunda
Səndən ötrü ölüm mən.
Mənə bir nağıl danış.
Səninçin çətin deyil.
Mənə nağıl söyləmək
Köhnə adətin deyil?


Mənə bir nağıl danış.
İnanaram nə desən.
Mənə bir nağıl danış,
Danış nə istəyirsən
.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
329 363 368 328 379 297

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.