reklam
Tovuzda 16 yaşlı qız dönər yeyib reanimasiyaya düşdü - YENİLƏNDİ Tovuzda 16 yaşlı qız dönər yeyib reanimasiyaya düşdü - YENİLƏNDİ http://take.az/uploads/posts/2017-03/1490645868_oo_21490600863.jpg
ADMiN

ADMiN Xəbərlər 28-03-2017, 00:17

Tovuzda 16 yaşlı qız dönər yeyib reanimasiyaya düşdü - YENİLƏNDİ

Tovuzda 16 yaşlı qız dönər yeyib reanimasiyaya düşdü - YENİLƏNDİ


Dönərdən zəhərləndiyi deyilən Tovuz rayon Qovlar kənd sakini Gülər Hüseynova artıq evə buraxılıb.

Bu barədə publika.az-a Tovuz rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini Mahirə Quliyeva məlumat verib.
M.Quliyeva bildirib ki, ona ilkin yardım göstərilib, vəziyyəti ağır olmadığına görə stasionara yerləşdirilməsinə ehtiyac qalmayıb: “Gülər Hüseynova zəhərlənmə əlamətləri ilə dünən axşam saatlarında xəstəxanaya yerləşdirilib. Ona ilkin yardım göstərilib, vəziyyəti ağır olmadığından xəstəxanada saxlanılmayıb. İlkin məlumatda o, dönərdən zəhərləndiyini deyib. Lakin bayram günləri olduğundan insanlar qidaları qarışdırırlar. Həmin qız da dönərlə yanaşı, evdə kartof yeyib, müxtəlif sərinləşdirici içkilər qəbul edib. Çoxlu qida qəbul etdiyindən onun dönərdən zəhərlənməsini birmənalı şəkildə deyə bilmərik. Bu, sadəcə həmin xanımın iddiasıdır. Ola bilər ki, qəbul etdiyi digər qidalardan zəhərlənsin”.
Gülxar
***
Tovuz rayonunda zəhərlənmə hadisəsi baş verib.
"Report"un məlumatına görə, Tovuz rayon Qovlar kənd sakini, 2001-ci il təvəllüdlü Hüseynova Gülər Faiq qızı yediyi dönərdən zəhərlənib.
O, yaxınları tərəfindən xəstəxanaya aparılıb və G.Hüseynovaya dərhal tibbi yardım göstərilib. Yeniyetmə reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildirib.
Faktla bağlı araşdırma aparılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
403 354 352 348 341 364

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.