reklam
Tünd şokoladın orqanizmə faydası Tünd şokoladın orqanizmə faydası https://d3i7mz61kz7ozx.cloudfront.net/prod/uploads/image/file/extra_large_731da15301_1595176167.jpg
n2006

n2006 Sağlamlıq 28-03-2022, 14:00

Tünd şokoladın orqanizmə faydası

Tünd şokoladın orqanizmə faydası
Şokolad dünyada ən çox istifadə edilən qidalar arasında yer alır. Tərkibindəki kakao miqdarı çoxaldıqca şokoladın sağlamlığa olan faydaları da artır. Xüsusilə də şokoladı uyğun miqdarda istifadə etmək vücudun funksiyalarını tənzimləyir.

Tərkibi 70 faiz və ya çox kakao olan tünd şokoladları alın. Çünki kakao güclü antioksidantdır.

Südlü şokoladların şəkər tozu tərkibi çoxdur. Bununla yanaşı süd tozu və əlavə maddələr mövcuddur. Bu isə immunitetə mənfi təsir göstərə bilər. Bu səbəbdən şokolad seçimi edərkən şəkər miqdarı öyrənilməlidir.

Tünd şokolad adı ilə bilinən növləri yüksək antioksidant xüsusiyyətə malikdir.Kakao, toxumaların zərər görməsinə qarşı qoruyur. Həmçinin bu növ, ürək-damar xəstəliklərinə qarşı qoruyur. Mənfi xolesterinin aşağı düşməsinə kömək edir.

Kakaonun tərkibində faydalı kimyəvi qrup olan flavonoller mövcuddur. Həmçinin bunun bir çox növləri də var.

Aparılan son araşdırmalara görə, həmin maddələr beyin-qan axışını artırır. Həmçinin altsheymer və Parkinson kimi xəstəliklərdə beyinin funksiyalarını artırır. Həmçinin zehni açır, yaddaşı yaxşılaşdırır.

Bununla yanaşı dərini yeniləyir. Elastikliyini gücləndirir.

Dəri toxumasını yeniləyir. Tərkibinin zənginliyi sayəsində dərini nəmli saxlayır, səpkilərin yaxşılaşmasında, tez sağalmasında kömək edir. Dəri tonunu tənzimləyir. Ən vacib olaraq isə kollagen istehsalını artırır bununla da dərini yeniləyir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
150 137 160 163 116 146

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.