reklam
A vitamini çatışmazlığı bu xəstəliklərə səbəb olur A vitamini çatışmazlığı bu xəstəliklərə səbəb olur https://take.az/uploads/posts/2023-04/thumbs/1681336995_643665afb9ed0643665afb9ed11681286575643665afb9ece643665afb9ecf.jpg
ice berg

ice berg Sağlamlıq 13-04-2023, 13:30

A vitamini çatışmazlığı bu xəstəliklərə səbəb olur

A vitamini çatışmazlığı bu xəstəliklərə səbəb olur
Vitamin çatışmazlığı bir çox xəstəliklərə səbəb olur. B12 çatışmazlığı anemiyaya səbəb olarkən, D vitamini çatışmazlığı yorğunluğa və daimi zəifliyə səbəb ola bilər. Fiziki və ruhi sağlamlığı qorumaq üçün vitaminləri düzgün və uyğun miqdarda qəbul etmək vacibdir.

LoaDinG.aZ xarici mətbuata istinadən xəbər verir ki, bədənin bütün orqan və sistemlərinə təsir edən vitaminlərin qeyri-kafi qəbulu müxtəlif simptomlara səbəb olur.

Əgər orqamizmdə A vitamini çatışmazlığı varsa, bu zaman görmə pozğunluqları, quru dəri, saç və dırnaqların qırılması baş verir. İnfeksiyalara qarşı müqavimət azalır və yorğunluq yaranır. Dodaqlarda yaralar və dilin qızartıları var.

A vitamini qaraciyərdə saxlandığı üçün qeyri-kafi qəbul olunduqda əvvəlcə qaraciyərdə ehtiyatlar azalır, sonra isə qanda miqdarı azalır.

A vitamini çatışmazlığında görmə problemləri tez-tez baş verir. Gecə korluğu, gözün parlaqlığını itirərək həddindən artıq quruması, göz yaşının kifayət qədər ifraz olunmaması bu problemlərdəndir.

Bundan əlavə, A vitamini də immunitet sistemində rol oynadığından, onun çatışmazlığı halsızlığa səbəb ola bilər və infeksiya riskini artıra bilər. Uzun müddət A vitamini çatışmazlığı bədəndə geri dönməz sağlamlıq problemlərinə səbəb ola bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
198 205 161 210 156 181

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.