reklam
Qadın- Kişi tərəflər nə isdəyir Qadın- Kişi tərəflər nə isdəyir https://take.az/uploads/posts/2022-02/1643820253_91cf23e3-9ff5-4c19-8832-89e1090210c8.jpeg
aynure

aynure özünü 🤔 fikirli hiss edir. Evlilik 3-02-2022, 15:30

Qadın- Kişi tərəflər nə isdəyir

Qadın- Kişi tərəflər nə isdəyir
"Qadınlar nə istəyir?" Bu suala bütün həyatı boyu cavab axtaran Freyd ömrünün son günlərinə kimi buna cavab tapmadığını etiraf edirdi. Zaman keçdikcə, avropalaşma və gender bərabərliyinin nəticəsində qadınlar və kişilər arasında yaranan münasibətlərin gərginliyi "kişilər nə istəyir" sualını ortaya çıxardı.

Mütəxəssislər bunun müxtəlif səbəbləri olduğunu düşünürlər. Hüquqşünas Qanqa İbrahimovun sözlərinə görə, ona boşanma üçün müraciət edən şəxslər çox zaman primitiv səbəblərlə boşanırlar. "Mənə müraciət edənlərin əksəriyyəti gənc ailələrdir. Evlilik müddəti 1-3 il arasında olan gənclər maddi sıxıntılar, iqtisadi problemlər nəticəsəində ayrılmaq istədiklərini bildirirlər. Xanım iddiaçılarla söhbət zamanı məlum olur ki, onların həyat yoldaşı evə baxmır, uşaqlarla, ailə ilə maraqlanmır, heç yerdə çalışmır. Soruşanda ki, bəs harda qalırsınız? Xanımlar cavab verir ki, "atam bizə ev almışdı". Burdan belə nəticəyə gəlmək olur ki, boşanan xanımların əksəriyyəti sadəcə "ərə getmək" xatirinə ərə gedir, daha doğrusu, ər alır. Yəni burada kişilər çox zaman satılmış durumda olurlar".

Hüquqşünas hesab edir ki, çox zaman boşanmalara valideynlərin də böyük təsiri olur. Belə ki, bir çox valideynlər övladları boşanma üçün müraciət etdikləri halda onlara ağızlarını açmağa imkan vermirlər. "Çox zaman valideynlər, əsasən da analar, yeznələri haqqında danışarkən "o belə etdi, o bunu etdi. Mən onu bağışlamayacağam" deyirlər. Övladının nə düşündüyü valideyn üçün önəmli olmur. Sanki ailəyə alver kimi baxırlar".

İbrahimovun bildirdiyinə görə, kişilər ailələrini qorumağa daha çox can yandırır, çalışırlar.

Sosiloq Nəzakət Əhmədova isə boşanmaların əsl səbəbinin kişilərdən qaynaqlandığını bildirir. "Qadınlarımız nə istədiyini bilmir" deyən sosioloqun fikrincə, qadınlar kişilərdən fərqli olaraq sevdiyi şəxsi hər zaman olduğu kimi qəbul edir. Bu, evləndikdən sonra da dəyişməz olaraq qalır. Müəyyən zaman keçdikdən sonra cütlüklərin ailədaxili qayğıları artdıqca münasibətlərdəki gərginlik də artmağa başlayır. Ailədə körpənin dünyaya gəlməsi hər iki cinsin daha məsuliyyətli, diqqətli və qayğıkeş olmasını tələb edir. "Zaman keçdikcə, başı ailə qayğılarına qarışan qadın özünü unudur və beləliklə də ailədə bacı-qardaş münasibəti başlayır. Qadınlar belə münasibətə normal baxsalar da, kişilərin istəkləri və ehtirasları tükənməzdir. Bir tərəfdən sosial qayğılar, digər tərəfdən ailədə olan natamam münasibət kişiləri evdən soyudur. Və kişi axtarışa başlayır".

Müasir Psixologiya Mərkəzinin psixoloqu Aygün Şirinovanın sözlərinə görə, hər bir qadın ideal partnyor axtarır. Qadın üçün ideallıq sadəcə diqqət, sevgi, nəvaziş və hörmətdən ibarət deyil. Qadının kişidə görmək istədiyi ən önəmli şey kişinin onu anlaması və ona qarşı səmimi davranmasıdır. Bəzi cütlüklər hətta evləndikdən sonra da bir-birinə qarşı çəkingən və qeyri-səmimi olurlar. Əslində isə bu vəziyyətdə hər iki tərəf iddialı olmağı, istəklərini və arzularını səmimi paylaşmağı bacarmalıdırlar. "Kişilər çox zaman öz hisslərini, duyğularını qarşı tərəfə bəlli etməz, ya da bəlli etməkdən çəkinər. Hər an onun əks cins tərəfindən yalnış anlaşılma qorxusu var. Ona görə də qadınlar çox zaman kişiləri duyğusuz, hissiyyatsız, laqeyd tərəf kimi qiymətləndirirlər. Əslində isə kişilər öz hisslərini ifadə etmək üçün qarşı tərəfdən bir işarə, təkan gözləyirlər. Əgər bunu azca da olsa hiss edərlərsə, o zaman nə hiss etdiklərini, nə düşündüklərini çəkinmədən açıq-aşkar etiraf edərlər. Burada ilk addımı atmaq qadının üzərinə düşür".

Psixoloq bildirir ki, kişilər hər zaman qadınlar haqqında düşünürlər. Kişi-qadın arasında qarşılıqlı anlaşma münasibətlərin başında durur. Tərəflər bir-birini anlamadığı təqdirdə onlar arasında gərginlik yaranır. "Kişi üçün qadının ehtiraslı və nəvazişli baxışı belə yetərlidir ki, o, qadına qarşı addım atmağa cəhd etsin. Bu baxımdan kişilər emosiyalarını, hisslərini gizlədirlər. Məhz bu səbəbdən də qeyd olunduğu kimi, kişi-qadın münasibətlərində tərəflərin bir-birini qarşılıqlı surətdə anlaması ən mühüm şərtlərdən biridir. Kişilər qadınlardan sadəcə onların hər bir hərəkətini sayğı ilə anlaşılmasını və ən əsası isə qəbul edilməsini istəyir. Hər bir kişi qadınını ehtirasla sevir. Əgər nə zamansa bu ehtiras sönərsə, burda yeganə günahkar tərəf qadındır".

Həmsöhbətimizin fikrincə, kişilər üçün ailədə intim münasibətlər də önəmlidir. Belə ki, onlar qadınlara nisbətən bu münasibətlərdə daha həssas olurlar. Ona görə də bu münasibətlərdə ən kiçik bir soyuqluq və etiraz hiss edərlərsə, o zaman buna qarşı çox sərt reaksiya verərlər. Bu isə ilk növbədə özünü münasibətlərin kəsilməsində göstərir. Belə ki, kişi artıq tədricən qadından uzaqlaşmağa, az ünsiyyətdə olmağa başlayır. Onların arasındakı ünsiyyət sadəcə ailənin qorunması üçün məsuliyyət hissindən, ailədaxili qanunların, maddi gəlirin paylaşılmasından və ən əsası uşaqların qayğısına qalmaqdan ibarət olur. Kişi artıq ünsiyyət çatışmazlığı yaşamağa başlayır. "Ailədən kənar bir şəxsin bu durumda tərəflərdən biri ilə ünsiyyətə başlaması hər iki tərəfin ailədaxili münasibətlərinin qırılmasına sanki təkan verir və bu kənar münasibət, ünsiyyət tələbatının ödənilməsi "xəyanət" adı altında ortaya çıxır. Əslində isə burada xəyanət edən tərəf yoxdur. Xəyanət sevən şəxslər arasında tərəflərdən birinin hələ də sevgisi olduğu halda baş verir. Əgər tərəflər arasındakı münasibətlərdə soyuqluq, yadlıq varsa və ən əsası, əvvəlki ehtiras və çılğınlıq yoxdursa, yaranan yeni münasibət xəyanət adlandırıla bilməz. "Qadınlar özləri də dərk etmədən kişiləri bu addıma sürükləyirlər. Ailədə neçə uşaq doğulmasından asılı olmayaraq, qadın həyat yoldaşını sevirsə, ona hər zaman diqqət ayırmalıdır. Əks halda, bunun çox fəsadları ola bilər".

Kişilər heç vaxt böyümürlər desək, yanılmarıq. Onlar sanki böyük uşaqlardır. Hər zaman əzizlənməyi, sevilməyi və diqqətdə olmağı xoşlayırlar. Kiçik bir laqeydlik, biganəlik onlarda soyuqluq yaradır. Kişilər üçün həyatda ən önəmli şeylərdən biri də öz qadını, yəni öz həyat yoldaşı ilə bağlılığıdır. Evli kişilər heç vaxt öz yoldaşını atmır. Nə qədər arada soyuqluq, anlaşılmazlıq, gərginlik olsa da, onlar heç zaman öz qadınlarını unutmurlar. Səbəb isə birlikdə uzun müddət yaşadıqları və yaşananlardır. Ən əsası isə övladlarına olan bağlılıq. Çünki kişilər onlara ilk övlad bəxş edən qadını heç zaman unutmurlar. Bununla yanaşı kişilər ehtiraslı və çılğın qadınları daha çox sevirlər. Onlar üçün ehtiras intim münasibətlərin özəyidir. Ehtiras bitdisə, demək, münasibət də bitmək üzrədir. Hər bir kişi istər yaraşıqlı, istərsə də yaraşıqsız olsun, qarşısındakı qadını yalnız xarici görünüşünə deyil, həm də onun daxili aləminə, intim düşüncələrinə daha çox önəm verir. "Kişi barıt, qadın isə kibritdir. Əgər qadın kibrit olmağı bacararsa, bu, kişinin qadının əsiri olacağına artıq söz ola bilməz. Çünki kişiləri intim həyat daha çox maraqlandırır. Əgər qadın ehtiraslı və çılğındırsa, artıq onun xarici görünüşü kişi üçün arxa plana keçir. Bunu bir-birinə yaraşmayan cütlüklərdə müşahidə edə bilərik. Kişilər həmişə bir şeydən daha çox narahat olurlar. Onlar üçün ehtiraslı və dəlisov qadın həm də təhlükəli görünür. Çünki kişilər həmişə qadını razı sala bilməyəcəyindən qorxarlar. Ona görə də kişi üçün qadının intim həyatla bağlı düşüncələri daha önəmli xarakter daşıyır".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
249 254 276 297 249 272

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.