reklam
Kişilər başqa qadınlara niyə baxır? – ARAŞDIRMA Kişilər başqa qadınlara niyə baxır? – ARAŞDIRMA https://take.az/uploads/posts/2023-05/1684054919_xeyanet.jpg
n2006

n2006 Kişilər 14-05-2023, 16:00

Kişilər başqa qadınlara niyə baxır? – ARAŞDIRMA

Kişilər başqa qadınlara niyə baxır? – ARAŞDIRMA
Şotlandiyadakı Stirling Universitetində aparılan araşdırmaya görə, kişilərin gözəl qadınlara baxma meyli təkamüldən qaynaqlanır.

LoaDiNG.Az-ın məlumatına görə, “Daily Telegraph” qəzetinin yayımladığı araşdırmada qadınların əvvəlcədən tanıdıqları kişiləri, kişilərinsə ilk dəfə gördükləri qadınları daha cazibədar hesab etdikləri məlum olub. Bunun da ulu babalarımızın mümkün olduqca çox qadınla yataraq nəsil artırma istəyindən qaynaqlana biləcəyi vurğulanır. Qadınlarınsa uşaqlara baxa bilmə və etibarlı ər axtarma səbəbi ilə tanıdıqları kişilərə üstünlük verdikləri deyilir.

Araşdırmada kişi və qadın könüllülərə müxtəlif üzlər göstərilib və nə dərəcədə cazibədar hesab etdikləri soruşulub. Sonra isə əvvəldə göstərilən şəkillərə yeni şəkillər əlavə olunaraq bir daha qiymətləndirmələri istənib. Kişi könüllülər sonradan əlavə olunan qadın üzlərini birinci verilənlərə nisbətən daha cəlbedici sayıblar.

Araşdırmada həmçinin könüllülərdən şəkildə gördükləri üzlərin həyat yoldaşlarının üzlərinə nə qədər bənzədikləri soruşulub. Kişilər arvadlarına ən az oxşayan üzləri ən cazibədar üzlər kimi qiymətləndiriblər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
174 178 225 160 156 166

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.